Bank Of Baku

Sahib Məmmədov: İcmal büdcənin 82 %-i DİM hədəfləri ilə əlaqələndirilib

Sahib Məmmədov: İcmal büdcənin 82 %-i DİM hədəfləri ilə əlaqələndirilib
# 24 oktyabr 2023 11:21 (UTC +04:00)

Bu il ölkəmizdə ilk dəfə olaraq, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Dövlət xərclərinin DİM-lər (Qlobal Dayanıqlı İnkişaf Məqsədləri) ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" mövzusunda 3-cü DİM Dialoqunda bildirib.

"Büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilkin əlaqələndirilməsi göstərir ki, 2022-ci ildə icmal büdcənin ümumilikdə 82 %-i DİM hədəfləri ilə əlaqələndirilib. Bu rəqəm 2022-ci il ÜDM-nin təxminən 23%-nə bərabərdir" - Sahib Məmmədov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR