Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) yeni sektorlara tətbiqi planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov “Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda seminarda çıxışı zamanı deyib.
O bildirib ki, OMXÇ-nin yeni sektorlara tətbiqi ilə bağlı işlərə cari ildən başlanılması planlaşdırılır.
"Yeni sektorlara sosial təminat, mədəniyyət və incəsənət, turizm, gənclər və idman sektorları aid olacaq. Bununla bağlı xərclər 2025-2027-ci illərin büdcə planlamasında nəzərə alınacaq", - deyə nazir əlavə edib.