Bank Of Baku

“Sberbank” Qazaxıstan bazarından gedir

“Sberbank” Qazaxıstan bazarından gedir
# 23 avqust 2022 13:23 (UTC +04:00)

Rusiyanın “Sberbank”ı Qazaxıstan bazarını tərk edir.

APA-nın Rusiya bürosu xəbər verir ki, “Sberbank” və Qazaxıstanın “Bayterek” milli idarəetmə holdinqi Rusiya bankının Qazaxıstandakı törəmə bankını satmaq üçün müqavilə imzalayıb.

"Sberbank mövcud geosiyasi vəziyyəti rəhbər tutaraq və törəmə bankın müştərilərinin maraqlarından çıxış edərək Qazaxıstan bazarından çıxmaq qərarına gəlib", - deyə “Sberbank”dan bildirilib.

O da vurğulanıb ki, “Sberbank” Qazaxıstan müştəriləri qarşısında öhdəliklərini yerinə yetirməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR