Bank Of Baku

Səməd Bəşirli: Neft-qaz sektorunda əsas məqsədimiz diversifikasiyadır

Səməd Bəşirli: Neft-qaz sektorunda əsas məqsədimiz diversifikasiyadır
# 22 sentyabr 2025 14:58 (UTC +04:00)

Azərbaycanda ÜDM-də neft və qazın əhəmiyyətli payı var. Amma bu pay artıq 50%-dən aşağıdır. İxracımızda isə neft və qazın payı hələ də böyükdür.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

O qeyd edib ki, son altı ildə qeyri-neft ixracımız iki dəfə artıb:

“Neft-qaz iqtisadiyyatı üçün əsas problemimiz diversifikasiyadır. Məqsədimiz də diversifikasiyadır. Biz iqtisadiyyatımızı şaxələndirməyə çox illər əvvəl başlamışıq. Müəyyən dərəcədə buna nail olmuşuq. Amma hələ də bu prosesi davam etdiririk”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR