“SF Azerbaijan” BOKT-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib

“SF Azerbaijan” BOKT-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
# 30 avqust 2024 10:12 (UTC +04:00)

“SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunub.

Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Məlumata görə, AMB tərəfindən cari nəzarət prosesləri çərçivəsində BOKT-də pozuntular aşkar edilib.

“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR