Bank Of Baku

"Shell" 4-5 mlrd. dollar itirə bilər

"Shell" 4-5 mlrd. dollar itirə bilər
# 07 aprel 2022 13:08 (UTC +04:00)

Britaniya-Hollandiya neft-qaz şirkəti olan "Shell" Rusiyada bir sıra fəaliyyətlərinin dayandırılması səbəbindən ötən dövrdə 4-5 mlrd. ABŞ dolları itirəcək.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumatına görə, bu barədə şirkətin qiymətləndirməsində deyilir.

2022-ci ilin I rübündə Rusiyada uzunmüddətli aktivlərin dəyərsizləşməsinin və vergilərdən sonra əməliyyatlarla bağlı əlavə xərclərin təsirinin 4 mlrd. dollardan 5 mlrd. dollara qədər olacağı gözlənilir.

Şirkət qeyd edir ki, bu xərclərin düzəliş edilmiş mənfəətə təsir göstərməsi gözlənilmir.

Xatırladaq ki, "Shell" "Saxalin-2" layihəsi də daxil olmaqla, "Qazprom" və "Qazprom Neft" ilə birgə müəssisələrdən çıxmaq və "Şimal axını-2"də iştirakını dayandırmaq qərarına gəlmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR