SİF bu il 140 mln. manat güzəştli kredit verməyi planlaşdırır

SİF bu il 140 mln. manat güzəştli kredit verməyi planlaşdırır
# 28 yanvar 2022 12:08 (UTC +04:00)

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2022-ci ildə güzəştli kreditlərin verilməsi üzrə 140 mln. manat ayrılması nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xaliyev Fondun fəaliyyətinin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Fondun strateji fəaliyyət planına uyğun hədəflər üzrə bu il işlər davam etdiriləcək.

"Bura elektronlaşmanın tətbiqi üzrə işlərin davam etdirilməsi, eyni zamanda institusional bazanın gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək", - deyə O. Xaliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR