Bu ilin yanvar-avqust aylarında Azərbaycan sığorta yığımlarının həcmi 654,918 milyon manat təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,8 % çoxdur. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 16,5% azalaraq 283,671 milyon manat təşkil edib.
Başqa sözlə, sığorta bazarının zərərliliyi 25,9% azalıb. Belə ki, hesabat dövründə toplalana hər 100 manat sığorta haqqının 43,3 manatı ödənişə yönəldilibsə, ötən ilin eyni dövründə bu rəqəm 58,5 manat təşkil edib.