Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 867,4 milyon manat olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,16% çoxdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,7 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 27,18% çoxdur.
Qeyd edək ki, bu dövrdə sığorta bazarının zərərliliyi artıb. Belə ki, ilin ilk 6 ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.