Bank Of Baku

Sığorta bazarının həcmi 1 mlrd. manatı ötüb

Sığorta bazarının həcmi 1 mlrd. manatı ötüb
# 26 sentyabr 2025 10:44 (UTC +04:00)

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta yığımlarının həcmi 1 milyard 48,1 milyon manat təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.

Bu dövrdə sığorta bazarı üzrə ödənişlərin həcmi isə 21% artaraq 603,4 milyon manata yüksəlib.

Nəticədə sığorta bazarının zərərliyi nisbətən artaraq 53,7%-dən 57,6%-ə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR