Martın 3-də “A-Qroup Sığorta Şirkəti” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"APA-Economics" xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib. Məlumata görə, ümumi yığıncağın gündəliyində duran əsas məsələlər illik və maliyyə hesabatlarının müzakirəsidir.
Qeyd edək ki, ümumi yığıncaq sığorta şirkətinin Bakı şəhəri, R.Behbutov küçəsi 87A. ünvanında yerləşən baş ofisində baş tutacaq.