Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-fevral ayı üzrə sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.
"APA-Economics" AMB-yə istinadən sığorta şirkətlərinin ödənişlərinin dinamikasına görə renkinqini hazırlayıb.
Mütləq dinamika ilə ödənişləri ən çox artan "PAŞA Həyat" sığorta şirkəti olub. Sığorta şirkətinin ödənişləri ötən ilin eyni dövrünə nisbətən 3,6 dəfə və ya 23,8 milyon manat artıb. Mütləq dinamika ilə ən kəskin azalma isə “Azərsığorta” şirkətində qeydə alınıb. Sığorta şirkətinin ödənişləri 38,2% və ya 1,4 milyon manat azalıb. Renkinq tam olaraq aşağıdakı kimidir:
Sığortaçının adı |
Sığorta Ödənişləri (Min AZN) |
Nisbi dinamika |
Mütləq dinamika |
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
32 888 |
3,6 dəfə |
23 780 |
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
3 755 |
269,7% |
2 739 |
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
5 442 |
39,5% |
1 542 |
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
2 845 |
58,8% |
1 053 |
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
1 624 |
108,8% |
846 |
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
2 257 |
43,1% |
680 |
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti |
1 690 |
59,7% |
632 |
"Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
572 |
191 dəfə |
569 |
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
1 424 |
61,6% |
543 |
"Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
551 |
569,6% |
468 |
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
1 055 |
67,1% |
423 |
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
686 |
114,7% |
366 |
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
454 |
19,6% |
74 |
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
11 669 |
0,6% |
70 |
"Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti |
129 |
94,9% |
63 |
“İpək Yolu Sığorta” ASC |
23 |
196,3% |
15 |
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
608 |
-23,1% |
-182 |
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti |
544 |
-55,7% |
-684 |
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti |
2 300 |
-38,2% |
-1 420 |