Son 20 ildə Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) əhaliyə təqribən 4 mlrd. manat həcmində kredit xidmətləri göstərib.
"APA-Economics"in məlumatına görə, bu barədə Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin üzvü Süleyman Kələşov Bakıda keçirilən VI İnvestor Yarmarkasında çıxış edərkən bildirib.
"Mikromaliyyə – bazarın ən vacib vasitələrindən biridir. Qeyd etmək istəyirəm ki, son illərdə Azərbaycandakı BOKT-lar tərəfindən əhaliyə təqribən 4 mlrd. manat həcmində kredit xidmətləri göstərilib", - deyə S. Kələşov qeyd edib.
Onun sözlərinə görə, bu vəsaitlərdən birbaşa 500 min insan istifadə edib, lakin dolayı yolla bu vəsaitlərdən 2 milyona yaxın Azərbaycan vətəndaşı faydalanıb.