Bank Of Baku

Statistika Komitəsinə və Vergi Xidmətinə dəstək Tvinninq layihəsi başa çatıb

Statistika Komitəsinə və Vergi Xidmətinə dəstək Tvinninq layihəsi başa çatıb
# 11 aprel 2022 16:36 (UTC +04:00)

Aprelin 11-də Bakıda “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsinin bağlanış mərasiminə həsr olunan konfrans keçirilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, konfransda qeyd olunub ki, layihənin məqsədi Azərbaycanda özəl sektorun, o cümlədən kiçik və orta biznesin fəaliyyətinə dair məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması sahəsində yerli mütəxəssislərin potensialının artırılması, statistik biznes reyestrlərinin təkmilləşdirilməsi və istifadəçilərin biznes statistikasına olan tələbatı nəzərə alınmaqla biznes statistikasının metodologiyasının Avropa İttifaqının standartlarına uyğunlaşdırılması məqsədilə Dövlət Statistika Komitəsinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin potensialının artırılmasından ibarət olub. Tvinninq layihəsinin icrasına 2020-ci ilin iyun ayından başlanılmış və 3 komponentdən ibarət olan layihə 22 ay davam etməklə tam icra edilib.

Konfransda vurğulanıb ki, pandemiya ilə əlaqədar baş verən problemlərin olmasına baxmayaraq layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olunub. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Dövlət Statistika Komitəsi arasında mövcud olan məlumat mübadiləsinin keyfiyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər həyata keçirilib, biznes statistikasının, o cümlədən kiçik və orta biznes üzrə statistikanın məzmunu və təşkili prosesləri yenilənib və Dövlət Statistika Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin işçilərinin biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması ilə bağlı potensialı artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR