Paşha Bank
Bank Of Baku

Tahir Gozəl: ASB Bankın Londonda filialının açılması müzakirə olunur

ASB Bankın Müşahidə Şurasının sədri Tahir Gözəl

© APA | ASB Bankın Müşahidə Şurasının sədri Tahir Gözəl

# 26 sentyabr 2026 12:00 (UTC +04:00)

ASB Bankın gələcəkdə Londonda filialının açılması imkanları müzakirə olunur.

Bunu “APA-Economics”ə açıqlamasında ASB Bankın Müşahidə Şurasının sədri Tahir Gozəl bildirib.

Tahir Gozəl qeyd edib ki, hazırda ASB Bank əsasən korporativ bank kimi fəaliyyət göstərir və uzunmüddətli perspektivdə bu istiqamətin genişləndirilməsi planlaşdırılır.

“ASB Bank üçün uzunmüddətli hədəfim korporativ bankçılığı genişləndirmək, digər korporativ müştəriləri cəlb etmək və bankın xarici ölkələrdə filiallarını açmaqdır. Məsələn, Londonla bağlı artıq müzakirələr var”, – Tahir Gozəl bildirib.

Bununla belə, Tahir Gozəl Londonda filialın açılmasının hazırda təcili prioritet olmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR