Bank Of Baku

Taleh Kazımov: AMB inflyasiya artımının qarşısını almaq üçün addımlar atır

Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisdə deputatlarla görüş

© APA | Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisdə deputatlarla görüş

# 25 oktyabr 2022 16:02 (UTC +04:00)

“Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib”.

APA xəbər verir ki, bunu Milli Məclisdə deputatlarla görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri ölkəmizdəki makroiqtisadi göstəricilərdən danışıb. Bildirib ki, Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib. Qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir. O, bildirib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub. Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb.

Çıxışında iqtisadi göstəriciləri təhlil edən Taleh Kazımov inflyasiyanın artımının səbəblərinə toxunub, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlardan danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR