Taleh Kazımov: Azərbaycan sığorta bazarının inkişaf potensialı yüksəkdir

Taleh Kazımov: Azərbaycan sığorta bazarının inkişaf potensialı yüksəkdir
# 20 iyun 2024 10:47 (UTC +04:00)

Azərbaycan sığorta bazarı böyüməsinə baxmayaraq inkişaf potensialı yüksəkdir.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub və burada maliyyə, o cümlədən sığorta sektorunun rolu böyükdür.

“Son 3 ildə sığorta sektorunun aktivləri 34,2 %, balans kapitalı isə 7,7 % artıb. Bu müdətdə ölkədə sığorta haqları 67,8 % artaraq 1,22 milyard manata, sığorta ödənişləri isə 26,3 % artaraq 587 milyon manata çatıb" - Taleh Kazımov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR