Bank Of Baku

Taleh Kazımov: "Bank sektoru maliyyə sənayesində dominantlıq edən sektordur"

Taleh Kazımov: "Bank sektoru maliyyə sənayesində dominantlıq edən sektordur"
# 14 sentyabr 2022 17:44 (UTC +04:00)

Azərbaycanın maliyyə sənayesinin aktivlərinin ÜDM-ə nisbəti iyul ayının sonuna olan göstəriciyə əsasən 44,5% təşkil edir ki, bu da oxşar ölkələrlə müqayisədə aşağı hesab olunur.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bank sektoru maliyyə sənayesində dominantlıq edən sektordur - bütövlükdə maliyyə sektorunun 95%-ni təşkil edir.

"Biz 2023-2026-cı illər üzrə maliyyə sektorunun inkişafına dair strategiyanın həyata keçirilməsi ilə hesab edirik ki, maliyyə sektorunun maliyyə inklüzivliyi göstəricilərini daha da yaxşılaşdırmağa nail ola biləcəyik",- deyə Taleh Kazımov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR