Mərkəzi Bank banklarda müştərilərin hesablarını görmür, sərbəst qalıq investisiya Fondunun yaradılması üçün bunu görmək lazımdır. Amma banklarda 4-5 milyard manat arası sərbəst vəsait var.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Taleh Kazımov bildirib ki, belə olan halda faizlər aşağı düşməlidir: “Banklara kredit götürmək imkanı da vermişik. Bu, uzunmüddətli deyil, 1 günlük, ya da 1 həftəlik götürürlər. Bu, çox vacibdir. Banklar bu kreditləri likvidliyin təmin edilməsi üçün götürür”.