İstanbulda Azərbaycanın 24 bank mütəxəssisinə təkmilləşdirmə kursu keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Banklar Birliyinin (TBB) İdarə Heyətinin sədri Hüseyn Aydın bildirib.
Hüseyn Aydın deyib ki, TBB coğrafi baxımından Türkiyəyə yaxın ölkələrin bank qurumları ilə mütəmadi əməkdaşlıq edir. Bu çərçivədə 23-25 sentyabr tarixlərində sözügedən təlimlər baş tutub: “Bank sektorundakı təcrübəmizi qonşu ölkələrdən olan həmkarlarımızla bölüşürük”.
TBB sədri bu günə qədər Azərbaycan, Bosniya və Herseqovina, Serbiya, Livan, Kosovo, İraq, Makedoniya, Albaniya və Şimali Kipr Türk Respublikasından olan bank mütəxəssislərinə təlimlərin keçirildiyini vurğulayıb.