2026-cı ilin ilk 6 ayında Azərbaycanın tədiyə balansının ümumi profisiti 1,38 milyard ABŞ dolları təşkil edib.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə xalis səhvlər və buraxılışlar maddəsində təxminən 300 milyon ABŞ dolları həcmində vəsait formalaşıb.