Bank Of Baku

Türkiyənin qonşularına ixracı 20,9 mlrd. dollara çatıb

Türkiyənin qonşularına ixracı 20,9 mlrd. dollara çatıb
# 06 oktyabr 2026 13:16 (UTC +04:00)

Türkiyənin Azərbaycan, Bolqarıstan, Gürcüstan, İraq, İran, Suriya və Yunanıstana ixracı yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 20 milyard 931 milyon 878 min dollara çatıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin məlumatlarından toplanan göstəricilərə əsasən ötən ilin eyni dövründə bu göstərici 20 milyard 273 milyon 335 min dollar olub.

Türkiyənin ümumi ixracı isə bu ilin ilk 9 ayında 5,2 faiz artaraq 210 milyard 973 milyon dollara yüksəlib.

Qonşu ölkələrə ixracda ən böyük pay “kimyəvi maddələr və məhsulları” sektorunun olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR