Bank Of Baku

Toğrul Əliyev: ESI riskləri ilə bağlı 52 maliyyə təşkilatında sorğu keçirilib

Toğrul Əliyev: ESI riskləri ilə bağlı 52 maliyyə təşkilatında sorğu keçirilib
# 15 noyabr 2023 15:52 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) ESI riskləri ilə bağlı (Ətraf, sosial və idarəetmə) 52 maliyyə təşkilatı arasında sorğu keçirib.

APA-Economics” xəbər verir ki, bunu Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev deyib.

O qeyd edib ki, Mərkəzi Bank bu ilin iyun-iyul aylarında ESI və dayanıqlı inkişafla bağlı risklər haqqında məlumatlılığın səviyyəsini müəyyən etmək, maliyyə institutlarının bu sahədə həyata keçirdikləri tədbirlər barədə məlumat əldə etmək üçün maliyyə institutları arasında sorğu keçirib.

“Sorğuda iştirak edənlər cəmi maliyyə institutlarının 95 %-ini təşkil edib. Bu çərçivədə əldə etdiyimiz qənaət ondan ibarət olub ki, ESC riskləri baxımından maliyyə sektorunun böyük əksəriyyəti bunun əhəmiyyətini başa düşür və həmin risklərin qısamüddətli dövrdə reallaşacağını gözləmirlər. Lakin orta və uzunmüddətli dövrdə bu risklərin reallaşacağını anlayılar və öz strategiyalarında, biznes modellərində bu yanaşmaya adaptasiyasını həyata keçirilirlər", - T. Əliyev deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR