Trading Economics: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini 6,5%-dək endirəcək

Trading Economics: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini 6,5%-dək endirəcək
# 01 iyul 2024 10:57 (UTC +04:00)

Beynəlxalq iqtisadi statistika portalı olan "Trading Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsini daha da azaldacağını proqnozlaşdırıb.

"APA-Economics" bu barədə portala istinadən xəbər verir.

"Trading Economics" qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, Azərbaycanda faiz dərəcəsinin bu ilin üçüncü rübün sonuna qədər 7%, ilin sonunda isə 6,5% olacağı gözlənilir.

"Bizim ekonometrik modellərimizə əsasən, uzunmüddətli perspektivdə Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsini 2025-ci ildə 5,50%, 2026-cı ildə isə 5,00% civarında müəyyən edəcək"- "Trading Economics" əlavə edib.

Qeyd edək ki, sonuncu dəfə bu il iyunun 21-də AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR