Türkiyədə illik inflyasiya 67%-i ötüb

Türkiyədə illik inflyasiya 67%-i ötüb
# 04 mart 2024 12:27 (UTC +04:00)

Türkiyədə illik inflyasiya fevral ayında yenidən artıb.

"APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin fevral ayında illik inflyasiya 67.07% təşkil edib. Yanvar ayında bu rəqəm 64.86% idi. Fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 4.53%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 11.54% artıb.

Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 43.44% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 94.78% ilə restoran və otel qiymətləri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR