Ülviyyə Cabbarova: Sığorta bazarında əsas istiqamətimiz güc göstəricisi olan datadır

Ülviyyə Cabbarova: Sığorta bazarında əsas istiqamətimiz güc göstəricisi olan datadır
# 20 iyun 2024 11:31 (UTC +04:00)

Sığorta bazarında növbəti istiqamətimiz korporativ və ya ümumi sektorial güc göstəricisi olan datadır.

APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nda çıxışı zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova deyib.

O bildirib ki, məlumat bazası zəngin olan bazar iştirakçıları hər zaman bir addım öndədir.

“Daha sonra biz bu sırada informasiya təhlükəsizliyini vurğulaya bilərik. Çünki biz sektor olaraq rəqəmsal mühitdə böyük həcmli informasiyalarla işləyirik. Məhz buna görə də kiber-dayanıqlılığın təmin olunması bizim başlıca məqsədimizdir. Dünya sığorta sənayesində olduğu kimi bizi də dərindən düşündürən daha bir mövzu isə məhz ekoloji mühit, yaşıl dünya və iqlim dəyişikliyi anlayışıdır. Belə ki, qlobal təcrübədən də göründüyü kimi, iqlim dəyişikliyinin yaratdığı risklər və meydana gələn zərər həcmi ilbəil böyüməkdədir və bu da sığorta sektoru üçün əhəmiyyətli siqnaldır” - Ülviyyə Cabbarova əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR