Bank Of Baku

Valyuta hərracında bankların dollar tələbi 45% azalıb

Valyuta hərracında bankların dollar tələbi 45% azalıb
# 27 oktyabr 2022 12:47 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 37,3 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (25 oktyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 44,6% və ya 30,1 mln. ABŞ dolları azalıb.

Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 67,4 mln. ABŞ dolları təşkil etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR