"Bu il yanvarın 1-dən məcburi sosial sığortaların yığılmasına nəzarət Vergilər Nazirliyinə həvalə olunub. Bu sahədə ötən 5 ayda müsbət nəticələr əldə olunub ".
APA-nın məlumatına görə, bunu bu gün vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.
S. Ələkbərov deyib ki, ötən 5 ayda Dövlət Sosial Müdafiə Fonduna 1 mlrd. manatdan artıq vəsait daxil olub: "Bu, kifayət qədər böyük rəqəmdir və proqnozla nəzərdə tutulandan 130 mln. manatdan çoxdur, proqnoz tapşırığına 114% əməl olunması deməkdir. Bu isə son nəticədə o deməkdir ki, vətəndaşlarımızın pensiya təminatının yaxşılaşdırılması üçün təkcə son 5 ayda bir zəmin yaradılıb. Düşünürəm ki, bu rəqəmlər getdikcə artacaq".
Vergilər nazirinin müavini nəzərə çatdırıb ki, bunun davamlı olması üçün sahibkarla birgə çalışmağa böyük ehtiyac var: "Bütün sahələrdə şəffaflığın artırılması, kölgə iqtisadiyyatının miqyasının azaldılması, əmək münasibətlərinin leqallaşdırılması, uçotun dürüstləşdirilməsi, sahibkarlara verilmiş vergi güzəşt və azadolmaların səmərəliliyinin artırılması və digər məsələlər öz həllini tapdıqca əldə etdiyimiz nailiyyətlər artacaq".