Bank Of Baku

2014-2016-cı illərdə Azərbaycanın valyuta ehtiyatları 27% azalıb

2014-2016-cı illərdə Azərbaycanın valyuta ehtiyatları 27% azalıb
# 22 may 2017 12:29 (UTC +04:00)

2014-2016-cı illərdə Azərbaycanın valyuta ehtiyatları 27% azalaraq 2017-ci ilin yanvarın 1-nə 37 mlrd. 121,4 mln. dollara çatıb. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyində qeyd edilib.

 

Sənəddə deyilir ki, 31 dekabr 2014-cü il tarixinə Azərbaycanın valyuta ehtiyatları 50 mlrd. 862,4 mln. dollar, 31 dekabr 2015-ci il tarixinə - 38 mlrd. 590,8 mln. dollar, 31 dekabr 2016-cı il tarixinə - 37 mlrd. 121,4 mln. dollar təşkil edib.

2014-2016-cı ilə ərzində Azərbaycan Mərkəzi Bankının ehtiyatları 3,5 dəfə - 3 mlrd. 974.4 mln. dollaradək, Dövlət Neft Fondunun aktivləri 11,9% - 33 mlrd. 147 mln. dollaradək azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR