Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “AXA Mbask” ASC-nin aktivləri 28 955 451,17 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 14,31% çoxdur.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də artım qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 24,9% artaraq 13 075 079,11 manat olub.
2014-cü ildə şirkətin cəmi gəlirləri 21 634 854,53 manat, cəmi xərcləri isə 24 569 146,15 manat təşkil edib. Şirkət ötən ili 2 934 291,62 manatlıq zərərlə başa vurub.