Bank Of Baku

2015-ci ildə Azərbaycandan 27 mlrd. dollara yaxın həcmdə malların ixracı proqnozlaşdırılır

2015-ci ildə Azərbaycandan 27 mlrd. dollara yaxın həcmdə malların ixracı proqnozlaşdırılır
# 14 oktyabr 2014 11:49 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Makroiqtisadi proqnozlara əsasən, 2015-ci ildə Azərbaycandan 26,8 mlrd. dollar həcmində malların ixracı proqnozlaşdırılır ki, bunun da 2,7 mlrd. dolları qeyri-neft sektorunun payına düşəcək.

 

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində əks olunub.

 

Qeyri-neft sektoru üzrə ixracın həcmi 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 0,9 mlrd. dollar, 2014-cü ilin proqnozu ilə müqayisədə 0,5 mlrd. dollar çox nəzərdə tutulub. İdxalın həcmi 11,1 mlrd. dollar həcmində proqnozlaşdırılır ki, bunun da 9,5 mlrd. dolları və ya 85,2%-i qeyri-neft sektorunun payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR