Bank Of Baku

“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib

“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib
# 19 iyul 2013 16:50 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icra statusuna dair aidiyyəti dövlət orqanlarının iştirakı ilə Əlaqələndirmə Qrupunun növbəti iclası keçirilib.

 

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, iclası giriş sözü ilə açan QKDK-nın sədr müavini, Əlaqələndirmə Qrupunun rəhbəri İlqar Muradov Dövlət Proqramının qiymətli kağızlar bazarında əlverişli işgüzar mühitin formalaşdırılması ilə yanaşı, ölkədə müasir bazar infrastrukturunun yaradılmasında önəmli yer tutduğunu bildirib.

 

İ.Muradov bu müddət ərzində Dövlət Proqramının icra statusuna nəzər salaraq, yeni normativ aktların hazırlanması, qanunvericilik bazasının formalaşdırılması, tələb və təklifin stimullaşdırılması, bilik və bacarıqların artırılması, həmçinin peşəkar bazar iştirakçılarının potensialının gücləndirilməsi istiqamətində bir çox layihələrin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra aidiyyəti dövlət qurumları tərəfindən 2013-cü ilin ilk yarım illiyi üzrə Dövlət Proqramına uyğun həyata keçirilmiş tədbirlər barədə, habelə 2013-cü ilin sonuna qədər nəzərdə tutulmuş tədbirlərin icra mexanizmləri və bu istiqamətdə görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR