Bank Of Baku

“Bank Silk Way” II rübü mənfəətlə başa vurub

 “Bank Silk Way” II rübü mənfəətlə başa vurub
# 31 iyul 2015 14:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin II rübündə “Bank Silk Way”ın aktivlərinin həcmi 293,341 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 35,45% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 44,65% artaraq 235,269 mln. manat olub.

 

Bankın depozit portfeli 2015-ci ilin yanvar-iyun ayları ərzində 2,15 dəfə  artaraq 101,800 mln. manata çatıb. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi isə 82,714 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,26 dəfə çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 2,58% artaraq 110,657 mln. manata çatıb. Hesabat dövründə bankın nizamnamə kapitalı 2,1% artaraq 99,168 mln. manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 42,11% artaraq 17,713 mln. manat, xərcləri isə 64,42% artaraq 10,868 mln. manat təşkil edib.

 

Bu ilin altı ayı ərzində bankın əldə etdiyi mənfəət 2 mln. 021,47 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR