Bakı. Musa Əhmədov – APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin hər birinin nominal dəyəri 1000 (min) ABŞ dolları olan 300 (üç yüz) ədəd adi faizli, təmin edilməmiş istiqrazların buraxılışı dövlət qeydiyyatına alınıb.
Palatadan “APA-Economics”ə verilən məlumata görə, istiqrazların tədavül müddəti 24 ay, illik gəlirlik dərəcəsi isə 8%-dir.
İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.