Bank Of Baku

“Unibank” Azərbaycanın daha bir şirkətinə iri həcmdə kredit ayırıb

 “Unibank” Azərbaycanın daha bir şirkətinə iri həcmdə kredit ayırıb
# 10 sentyabr 2015 09:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” ölkə iqtisadiyyatına daim dəstək olan qabaqcıl banklardan biri olaraq daha bir böyük biznes layihəsini reallaşdırıb.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, ixracat yönümlü şirkətlərə dəstək məqsədi ilə bank tərəfindən “Pera Plastik Qrup” MMC-yə 2,3 mln. dollar həcmində kredit verilib.

 

Kredit  bankın bu il açılan və  sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xidmət göstərən ən böyük biznes filialı - “Unibank- Biznes Mərkəzi” filialında ayrılıb.

 

“Pera Plastik Qrup” MMC şirkəti  “Unibank”la 2007-ci ildən  əməkdaşlıq edən  korporativ müştərilərdəndir. “Pera Plastik Qrup” fəaliyyətinə 1996-cı  ildən başlayıb və MDB-də  polipropilen parçadan sənaye qablaşdırması istehsal edən ən böyük şirkətlərdən biri hesab olunur. Şirkət tərəfindən istehsal olunan məhsullar İran, Rusiya, Orta Asiya  və Avropa ölkələrinə ixrac olunur. Ölkəmizin istehsal sahələrində ümumilikdə 800 nəfər işçisi olan “Pera Plastik Qrup” şirkəti “Unibank”dan ayrılan böyük həcmdə kredit sayəsində işçi heyətini 1000 nəfərə çatdırmağı planlaşdırır. “Unibank”la həyata keçirilən bu geniş  layihə yeni iş yerlərinin yaradılmasına təkan verməklə yanaşı, həm də ixracat yönümlü şirkətlərin inkişafına öz töhfəsini verib.

 

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman “Unibank”ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı”  filialları və  “Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini  bir qədər də gücləndirməkdir.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az  ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR