Bank Of Baku

“Accesbank”ın rəhbərliyinə yeni təyinatlar olub

“Accesbank”ın rəhbərliyinə yeni təyinatlar olub
# 17 may 2017 07:34 (UTC +04:00)

Anar Həsənov "Accessbank"ın İdarə Heyəti sədrinin 1-ci müavini və Baş əməliyyat inzibatçısı (COO) vəzifəsinə təyin olunub.

 

"APA-Economics" xəbər verir ki, bankçılıq sahəsində zəngin təcrübəyə malik olan A.Həsənov bundan öncə sədrin müavini vəzifəsini tutub.

 

"AccessBank"ın fəaliyyətə başladığı tarixdən etibarən adıçəkilən bankda çalışan A.Həsənov maliyyə qurumunun inkişaf etməsində böyük rola malikdir. O, İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb. A.Həsənov həmçinin Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.

Bundan başqa, "AccessBank"a 4 yeni icraçı direktor təyin edilib. Belə ki, Elşən Pirmalıyev bankın Pərakəndə və biznes müştəriləri üzrə icraçı direktoru, Səbinə Qurbanova Rəqəmsal Bankçılıq və Məsafədən Xidmətlər  üzrə icraçı direktor, Aynur Süleymanlı İnsan resursları, administrasiya və təhlükəsizlik üzrə icraçı direktor, Nizami Qədirov Risk idarəçiliyi və tədqiqatlar üzrə icraçı direktor təyin olunub.

 

Qeyd edək ki, hazırda bankın 6 icraçı direktoru var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR