Bakı. Pərviz Nuriyev – APA-Economics. “AccessBank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 850,192 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 51,7% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 45,8% artaraq 664,154 mln. manata olub.
Kredit portfelində istehlak kreditlərinin payı 74,993 mln. manatdır. Bununla yanaşı, bankın kredit portfelinin tərkibində vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 9,9% artaraq 4,294 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövründə 58,8% artaraq 238,804 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 211,452 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 59,9% artım deməkdir.
Bir il ərzində bankın məcmu kapitalı 19,1% artaraq 132 mln. 243,5 min manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 85 mln. manat təşkil edib.
Bankın yanvar-mart ayları ərzində gəlirləri 40, 02 mln. manat, xərcləri isə 23,617 mln. manat.
Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 16 mln. 403,24 min təşkil edib.
Hazırda bankın ölkə üzrə 42 filialı, 48 bankomatı, 323 POS-terminalı fəaliyyət göstərir.