Bank Of Baku

«Accessbank»ın aktivləri son bir ildə 52% artıb

 «Accessbank»ın aktivləri son bir ildə 52% artıb
# 23 iyul 2013 13:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Accessbank» QSC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 654,273 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 52,1% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 50,3% artaraq 514,799 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 62,299 mln. manat təşkil edib ki, bu da 2012-ci il iyulun 1-nə olan göstəriciyə nisbətən 55,4% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 46,6% azalaraq 2,170 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 3 dəfə azalaraq 0,4%-ə düşüb.

 

Bankın depozit portfeli son bir ildə 26,0% artaraq 168,944 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 113,523 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 1,8% azdır.


Son bir ildə bankın məcmu kapitalı 15,5% artaraq 110,271 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 85,000 mln. manat təşkil edib.


Hazırda bankın ölkə üzrə 36 filialı, 43 bankomatı, 1 630 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR