Bank Of Baku

“AFB Bank” “Nərimanov” filialının yeni ofisini açıb

“AFB Bank” “Nərimanov” filialının yeni ofisini açıb
# 27 fevral 2018 14:30 (UTC +04:00)

“AFB Bank”ın Nərimanov filialı bu gündən etibarən yeni ünvana köçüb.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, yeni qəbul edilmiş strategiyaya uyğun olaraq bank öz infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti addımlarını atmaqda davam edir.

 

Yeni strategiyada xidmət keyfiyyətinin, infrastrukturun yaxşılaşdırılması, bazar mövqeyinin möhkəmləndirilməsi, filial şəbəkəsinin səmərəliliyinin artırılması, korporativ idarəetmə və risklərin idarəedilməsi sistemlərinin təkmilləşdirilməsi əsas strateji prioritetləri təşkil edir. Bu prioritet hədəflərə çatmaq üçün Bank müştəri xidmətlərində  texnoloji yeniliklərin, yeni bank məhsul və xidmətlərinin tətbiqinə, kadr potensialının təkmilləşdirilməsinə və ofis şəraitinin yaxşılaşdırılmasına xüsusi önəm verir. Filialın  müştərilər üçün daha əlverişli  məkana köçürülməsi bu istiqamətdə həyata keçirilmiş növbəti addımdır. Maliyyə vəziyyəti və yüksək kapitallaşma səviyyəsi Bankın öz strateji məqsədlərinə çatması üçün əlverişli şərait yaradır.

 

“Nərimanov” filialının yeni ofisi Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 13F ünvanında yerləşir.  Filial yeni ünvanda müştərilərinə daha çevik və keyfiyyətli xidmət göstərəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR