Bank Of Baku

“AFB Bank”ın depozit portfeli artıb

“AFB Bank”ın depozit portfeli artıb
# 31 iyul 2015 13:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “AFB Bank” ASC-nin aktivlərinin həcmi 2015-ci ilin II rübündə 288,385 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,37% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 10,51% azalaraq 179,251 mln. manat olub.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 18,22% artaraq 10,429 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 29,81% artaraq 89,695 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 19,393 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,5 dəfə çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 22,1% artaraq 78,927 mln. manata çatdığı halda, nizamnamə kapitalı 34,47% artaraq, 70 mln. 393 min manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2,3 dəfə azalaraq 5,669 mln. manat, xərcləri isə 2,8 dəfə azalaraq 3,511 mln. manata çatıb.

 

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 261,70 min. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR