Bank Of Baku

“AGBank” nizamnamə kapitalını mərhələli şəkildə 10 milyon manat artıracaq

“AGBank” nizamnamə kapitalını mərhələli şəkildə 10 milyon manat artıracaq
# 21 oktyabr 2015 14:23 (UTC +04:00)

 Bakı. Musa Əhmədov – APA-Economics. Cari ilin əvvəlindən 1 oktyabr tarixinədək “AGBank” ASC-nin aktivləri  10% artaraq 558 480 000 manat olub.

 

Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib. Hesabat dövründə bankın kredit portfeli 5% artaraq 401 310 000 manat təşkil edib. Depozit hesablarının sayı isə 4000-i ötüb.

 

Qeyd edək ki, “AGBank”ın səhmdarlarının bu ilin sentyabrın 18-də təşkil olunan ümumi yığıncağında bankın nizamnamə kapitalının mərhələli şəkildə 10 mln. manat  manat artırılması qərara alınıb. 

 

Xatırladaq ki, AGBank ASC-nin  səhmdarları sırasında iki böyük təşkilat - Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment” LTD Amerika Sərmayə Fondu, 8 Dövlət müəssisəsi, 12 kommersiya təşkilatı, 43 fiziki şəxs, ümumilikdə 65 səhmdar mövcuddur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR