Bank Of Baku

“Amrahbank” aktivlərini 40%-ə yaxın artırıb

“Amrahbank” aktivlərini 40%-ə yaxın artırıb
# 22 yanvar 2015 10:11 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Amrahbank” 2014-cü ildə aktivlərini 38% artıraraq 207,145 mln. manata çatdırıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvarın 1-nə bankın kredit portfeli 20,5% artaraq 120,125 mln. manat təşkil edib.

 

“Amrahbank”ın öhdəlikləri 34,7% artaraq 153,655 mln. manata çatıb.

 

Hesabat dövründə bankda müştəri hesabları 18,6% artaraq 108,789 mln. manat təşkil edib.

 

Ötən ilin sonuna bankın kapitalı 24,7% artaraq 53 mln. 489,626 min manata, nizamnamə kapitalı isə 44,2% artaraq 39 mln. 844,4 min manata bərabər olub.

 

2014-cü ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 4 mln. 188,3 min manat təşkil edib.

 

“Amrahbank” ASC 1993-cü ildə yaradılıb. Bankın səhmdarları Beynəlxalq İnvestisiya Bankı (45,84%) və fiziki şəxslərdir (54,16%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR