“Aqrolizinq” ASC Bərdə, Beyləqan, Zərdab və Ağdam rayonlarında pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə iş və xidmətlərin satınalınması” üzrə tender elan edir.
Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, tender 1 lot üzrə keçirilir.
Tender proseduru aprel ayının 4-də baş tutacaq.
Tenderdə iştirak haqqı 1 lot üzrə 400 manat məbləğində təşkil edir.