Bank Of Baku

“AtaBank” aktivlərini artırıb

“AtaBank” aktivlərini artırıb
# 22 yanvar 2015 07:11 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü idə “AtaBank” aktivlərini 54,8% artıraraq 580,316 mln. manata çatdırıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 1 yanvar 2015-ci il tarixinə bankın kredit portfeli 94% artaraq 444,964 mln. manat təşkil edib.

 

Bankın öhdəlikləri 58,4% artaraq 517,620 mln. manata bərabər olub.

 

Hesabat ilinin sonuna bankda depozit portfeli 446,964 mln. manat, o cümlədən əhalinin əmanətləri 189,262 mln. manat təşkil edib.

 

2015-ci il yanvarın 1-nə bankın məcmu kapitalı 30,3% artaraq 62 mln. 696,2 min manata, nizamnamə kapitalı 33,3% artaraq 50 mln. manata çatıb.

 

Bankın ötən ili 7 mln. 647 min manat həcmində xalis mənfəətlə başa vurub.

 

“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding”in strukturuna daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR