Bank Of Baku

“AtaBank” nizamnamə kapitalını artırıb

“AtaBank” nizamnamə kapitalını artırıb
# 12 yanvar 2015 08:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakı Fond Birjasında “AtaBank” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsi başa çatıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hər birinin nominal dəyəri 20 manat olan 2,5 mln. ədəd səhmin yerləşdirilməsi hesabına bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb.

 

Yerləşdirmədə anderrayter qismində “Brokdil-Az” MMC çıxış edib.

 

Qeyd edək ki, sonuncu emissiyaya qədər “AtaBank” ASC-nin nizamnamə kapitalı 25 mln.  manat idi. Bankın səhmdarları qismində “AtaHolding” ASC şirkəti (76%) və fiziki şəxslər (24%) çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR