Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın “Atəşgah” sığorta şirkəti Novruz bayramı ilə əlaqədar bütün ofisləri üzrə iş qrafikini dəyişib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, müştəri məmnuniyyətini artırmaq məqsədilə bayram günləri şirkətin baş ofisi daxil olmaqla “Xırdalan”, “Zabrat”, “Nizami”, “Nərimanov”, “28 May”, “Cəlil Məmmədquluzadə”, “Yasamal”, “Azadlıq”, “Əcəmi” və “Əhmədli” filialları martın 22-26-da saat 10.00-15.00-dək, “Mətbuat” filialı isə martın 26-da saat 09.00-dan 18.00-dək iş qrafikinə uyğun olaraq müştərilərin xidmətində olacaq.
Qeyd edək ki, «Atəşgah» sığorta şirkəti 1996-cı ildə təsis edilib. «Atəşgah» və «Atəşgah Həyat» sığorta şirkətləri «Atəşgah» Sığorta Qrupuna daxildir.
Ötən ilin nəticələrinə görə, «Atəşgah» Sığorta Qrupu Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatlarının renkinqində lider mövqelərdən birini tutur. Bu dövr ərzində qrupun sığorta daxilolmaları 61,2 mln. manat, ödənişləri isə 18 mln. manat təşkil edib.
«Atəşgah» Sığorta Qrupu müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.