Bank Of Baku

“Atəşgah” Sığorta Şirkəti KASKO üzrə iri sığorta ödənişi edib

“Atəşgah” Sığorta Şirkəti KASKO üzrə iri sığorta ödənişi edib
# 20 may 2014 14:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanın lider sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti KASKO üzrə iri sığorta ödənişi həyata keçirib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Mercedes Benz” markalı yük avtomobilinin (yarımqoşqu ilə birlikdə) kabinasında qısaqapanma nəticəsində yanğın baş verib. Həmin gün güclü külək olduğuna görə yanğın qısa zaman ərzində avtomobilin bütünlüklə yanmasına səbəb olub. Avtomobili idarə edən sürücü xilas ola bilib.

 

Şirkət bu sığorta hadisəsi üzrə 65 min AZN ödəniş edib. Hadisə Bakı şəhərinin Qaradağ rayonu ərazisində baş verib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR