Bank Of Baku

“AXA Mbask” Lənkəranda “Yaşıl Gələcək” adlı ekoloji aksiya keçirib

“AXA Mbask” Lənkəranda “Yaşıl Gələcək” adlı ekoloji aksiya keçirib
# 26 may 2015 06:26 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AXA Mbask” sığorta şirkəti  korporativ sosial məsuliyyət çərçivəsində bu dəfə Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Yaşıl gələcək” adlı ekoloji aksiya keçirib.

 

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, bu aksiyanın gedişatı zamanı şirkətin əməkdaşları  cənub bölgəsi filialın  sığorta agentləri ilə birlikdə Heydər Əliyev prospektində  50-dən çox şam ağacı əkiblər.

 

İşlər təcrübəli aqro-texnikin rəhbərliyi altında həyata keçirilib. Bağın əməkdaşları peşəkar təlimat aparıb. Təlimat zamanı aksiya iştirakçıları ağaclarının düzgün əkilmə qaydaları ilə əyani surətdə tanış olub, zəruri inventar və suvarma üçün su ilə təmin edilib. 

 

Qeyd edək ki, aksiyanın əsas məqsədi regionlarda ekoloji mədəniyyət və təhsil sahəsində inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaqdır.

 

Sığorta bazarının liderlərindən biri olan “AXA Mbask” 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb. Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

 

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi səkkiz beynəlxalq  və milli mükafatlara layiq görülməsinə gətirib çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR