Bank Of Baku

“Azər-Türk Bank” Bakı və Qəbələdə “ASAN xidmət” mərkəzində POS-terminallar quraşdırıb

“Azər-Türk Bank” Bakı və Qəbələdə “ASAN xidmət” mərkəzində POS-terminallar quraşdırıb
# 22 fevral 2018 09:51 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən xəbərə görə, Palata tərəfindən yaradılmış İşçi Qrupunun birgə fəaliyyəti nəticəsində “Azər-Türk Bank” ASC təmsil olunduğu 5 saylı Bakı “ASAN xidmət” mərkəzində və “Qəbələ ASAN” xidmət mərkəzində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlər üzrə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdıraraq vətəndaşların istifadəsinə təqdim edilib.

 

Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və büdcə ödənişlərinin nağdsız formada ödənilməsi mümkündür.

 

Birgə aparılacaq islahatlar əsasında digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödəniş şəbəkəsi genişləndiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR