Bakı. Musa Əhmədov - APA-Economics. “Azər-Türk Bank” ASC-nin səhmdarlarının strukturunda dəyişiklik baş verib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, nizamnamə kapitalı 50 mln. manat olan bankın səhmdarlarının siyahısına “AzRe Təkrarsığorta” ASC, "Qala Həyat" sığorta şirkəti daxil olub.
Müvafiq olaraq səhmdarların kapital strukturunda da dəyişiklik baş verib. Belə ki, səhmdarlardan Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi 75%, Türkiyənin “Ziraat Bank”ı 12,37%, “AzRe Təkrarsığorta” 6,55%, “Qala Həyat” sığorta şirkəti 5% və “Ziraat Bank İnternational” 1,08%-lik paya sahibdir.
Xatırladaq ki, buna qədər bankın nizamnamə kapitalının 85%-i Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinə, 14%-i Türkiyənin “Ziraat Bankı”na, 1%-i isə “Ziraat Bank İnernational AG”yə məxsus idi.